Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilin əvvəlindən domenlərin xalis artımı 1240 təşkil edib


Azərbaycanda bu günə kimi 24340  domen adı qeydə alınıb, ötən ay ərzində 443 domen rəsmi qeydiyyatdan keçib.
 
“ICTnews” xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ilin əvvəlindən  1534 domen qeydiyyatdan keçirilib, 294
domen isə ləğv edilib, nəticədə son bir ay ərzində ölkədə xalis domen artımı 1240 domen təşkil edib.
 
Hazırda Azərbaycanda 22556“*.az”, 1064“*.com.az”, 231“*.edu.az”, 136“*.org.az”, 76“*.net.az”, 42“*.int.az”, 88 “*.co.az”, 35“*.pp.az”,  73 “*.info.az”, 25 “*.biz.az”, 13 “*.name.az”, 1 “*.pro.az”  domeni qeydiyyatdan keçirilərək istifadə edilir.
 
Son üç ilin dinamikasına nəzər salsaq görərik ki, “*.az” domen zonasında kəskin artım templəri bu il nisbətən zəifləyib. Ötən il ərzində domen qeydiyyatı artımı 10% təşkil edib.  
 
Xatırladaq ki, 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə isə  4387, 2012-ci ildə  5478 domen adı olub, 2013-cü ildə isə 2338 domen adı olub.
 
Aynur Vəliyeva
 
 




06/03/15    Çap et