Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” yenə birincidir


Beynəlxalq “Brand Finance” konsaltinq agentliyinin reytinqində “Apple” şirkəti yenidən birinci pilləni tutaraq ABŞ-ın ən bahalı brendi elan edilib.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Apple” brendinin dəyəri 128,3 milyard dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu göstərici ötən illə müqayisədə 23 faiz yüksəkdir. “Samsung” brendi ikinci pilləni tutub, dəyəri 81,7 milyard dollar təşkil edib. 76.7 milyard dollar dəyərində olan “Google” şirkəti üçüncü pillədə qərarlaşıb.
 
“Brand Finance” reytinqi ən nüfuzlu reytinqlərdən biri hesab edilir.
“Brand Finance” hesab edir ki, “iPhone 6” və “iPhone 6” smartfonları sayəsində “Apple” korporasiyası belə yüksək göstəriciyə nail olub.
 
Emil Hüseynov




07/03/15    Çap et