Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 6” və “6 Plus” sahiblərinin 79 faizi “Apple Pay” ödəmə sistemindən istifadə etməyib


“Trustev” firmasının keçirdiyi sorğunun nəticəsinə görə, “iPhone 6” və “6 Plus” sahiblərinin 79 faizi (yalnız bu qurğular yeni sistemi dəstəkləyir) indiyədək “Apple Pay” ödəmə sistemindən istifadə etməyiblər. “Apple Pay” ödəmə sistemindən istifadə edənlərin əksəriyyəti isə yenə də nağd pul və bank kartlarından istifadə edirlər.
 
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, sözügedən ödəmə sistemindən istifadə etmiş insanların 2,1 faizi ondan müntəzəm istifadə edir.
 
Qeyd edək ki, “Apple Pay” ödəmə sisteminin aktiv istifadəçilərinin əksəriyyəti 35-54 yaş qrupunu təmsil edir. Bu o deməkdir ki, yeni sistem gəncləri az maraqlandırır.
 
Emil Hüseynov




11/03/15    Çap et