Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BTRİB iməclik keçirib


Bu gün Novruz bayramı və yaz mövsümü ilə əlaqədar olaraq Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) tabeliyində olan bütün telefon qovşaqlarının idarə və müəssisələrində iməclik keçirilib.
 
Birlikdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, iməclikdə qovşaq, idarə və müəssisələrin həyətyanı sahələrində, inzibati binaların 25 metrlik məsafələrində, eləcə də rabitə qurğu və avadanlıqların yerləşdiyi ərazi və sahələrdə, iş otaqlarında təmizlik işləri görülüb.
 
Bununla yanaşı, ATS-lərin həyətyanı sahələri quru otlardan, tez alışan məişət tullantılarından təmizlənib, həmçinin divar və barılar rənglənib, ağacların dibi ağardılıb və ehtiyac olan sahələrdə yeni ağaclar əkilib.
 
CAHANGİR
 




14/03/15    Çap et