Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

O, “Facebook” sosial şəbəkəsində liderdir


Kriştianu Ronaldo “Facebook” sosial şəbəkəsində ən populyar şəxsdir.

Portuqaliya yığmasının və İspaniyanın "Real" klubunun hücumçusu bu göstərici üzrə müğənni Şakiranı geridə qoyub.

İdmançının səhifəsi 107 milyon 99 min, müğənninin səhifəsi isə 107 milyon 89 min “Like” toplayıb.

"ICTnews" elektron xəbər xidməti “interfax.ru” saytına istinadən bildirir ki, Ronaldonun “Twitter” mikrobloqlar xidmətində 34 milyon abunəçisi var, lakin sözügedən xidmətdə idmançı müğənni Castin Biber, ABŞ prezidenti Barak Obama, müğənnilər Britni Spirs, Ledi Qaqa və Riannadan geri qalır.

Emil Hüseynov




16/03/15    Çap et