Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Sazz 4G Internet" Novruz bayramı münasibəti ilə kampaniya keçirir


"Sazz 4G Internet" provayderin "Novruz" kampaniyası çərçivəsində hər yeni müştəri iki aylıq 50 AZN ödəməklə 90 gün internet və USB modem əldə edə biləcəklər, mövcud müştərilər isə 25 AZN ödəyərkən 35 gün internet əldə edə biləcəklər.

Hədiyyə kampaniyasından faydalanmaq üçün "Sazz Internet"-in Süleyman Rüstəm küçəsi,17B ünvanında yerləşən baş ofisinə və ya istənilən "Sazz 4G" satış nöqtəsinə
15.03.2015 – 31.03.2015 tarixlərində müraciət edə bilərlər.

"Sazz Internet" həmişə olduğu kimi, hər yeni müştəriyə xidmətin keyfiyyətini yoxlamaq üçün 200MB trafik həcmi ilə 5 gün sınaq müddəti təqdim edir.

"Sazz Internetin" xidmətləri,eləcədə kampaniya haqqında daha geniş məlumatları http://www.sazz.azsaytından,"Sazz 4G"

facebook səhifəsindən,191 nömrəli qaynar xətdən,habelə həftənin bütün günləri işləyən istənilən "Sazz 4G" satış nöqtəsindən əldə etmək olar.

Hazırda “Sazz İnternet” Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Xaçmaz, Astara, Lənkəran, Lerik və Masallı şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir.




16/03/15    Çap et