Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” sosial şəbəkəsi “Thefind” elektron ticarət meydançasını alıb


“Facebook” sosial şəbəkəsi “Thefind” elektron ticarət üzrə internet meydançasını alıb. 
 
“ICTnews” xidmətinin məlumatına əsasən, bu resurs müxtəlif internet dükanlarında məhsul axtarışı üçün istifadə edilib.
 
“TheFind” kupon sistemi vasitəsi ilə qrup şəkildə satışları stimullaşdırıb. Qeyri-rəsmi məlumatlara görə, qeyd edilən servis “Facebook”un reklam resurslarına tətbiq ediləcək. Razılaşmanın şərtləri açıqlanmır, lakin məlumdur ki, “TheFind” bağlanacaq, onun əməkdaşları isə “Facebook”a işə götürüləcək.
 
Aynur Vəliyeva
 




17/03/15    Çap et