Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkətinin mobil qurğularının 77 faizi “iOS 8” platforması ilə işləyir


"Apple" şirkəti "iOS 8" istifadəçilərinin sayı haqda yeni statistikanı açıqlayıb. İndi yeni əməliyyat sistemi "Apple"ın qurğularının 77 faizində quraşdırılıb. İki həftə ərzində mobil platformanın bazar payı 2 faiz yüksəlib.

"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, yeni mobil sisteminin adaptasiyası əvvəlki versiya ("iOS 7") ilə müqayisədə daha çox vaxt aldı.

"iOS 8" mobil platformasının göstəricisinin 77 faizə çatmasına təxminən 1.5 il vaxt lazım olub. "iOS 7" platformasının bazar payı 20 faizədək azalıb.

Emil Hüseynov




18/03/15    Çap et