Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” bütün planeti internetlə təmin etməyi planlaşdırır


“Facebook” pilotsuz uçuş aparatları (PUA) üzərində sınaqların birinci mərhələsini uğurla yekunlaşdırıb.

Sosial şəbəkə sözügedən aparatların köməyilə ucqar regionları internetə çıxışla təmin etməyi planlaşdırır. “Facebook”un qurucusu Mark Sukerberq öz səhifəsində pilotsuz təyyarənin ilk prototipi üzərində sınaqların yekunlaşması haqda yazıb.

O bildirib ki, sınaqlar Böyük Britaniyada aparılıb və PUA-nın çəkisi minik maşınından yüngüldür.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, Sukerberq, həmçinin yazıb ki, gələcəyin PUA-ları günəş panellərinin hesabına enerji ilə təmin olunacaq və bir neçə ay ərzində 20 kilometr hündürlükdə yerləşə biləcəklər. “Facebook”un PUA-ları planetin ucqar regionlarda yaşayan əhalisinin internetə çıxışını təmin edəcək.

Xatırladaq ki, günəş batareyaları ilə işləyən dronlar 2013-cü ilin avqustunda işə salınmış “Internet.org” layihəsi çərçivəsində həyata keçirilir. Layihədə “Facebook”dan başqa, “Samsung Electronics”, “Qualcomm”, “Ericsson”, “Nokia”, “MediaTek” və “Opera Software” kimi şirkətlər də var.

Emil Hüseynov




29/03/15    Çap et