Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Office” yığcam mobil qurğular üçün ödənişsiz olacaq


“Microsoft” şirkəti “Office” paketini 10 düymədək ölçülü ekrana malik yığcam mobil qurğular üçün ödənişsiz etmək niyyətindədir.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Microsoft Office” texniki inkişaf komandasının rəhbəri Kirk Keniqsbauer öz bloqunda yazıb ki, şirkət fərdi və peşəkar qurğular arasında şərti sərhəd çəkib. 10,1 düymədək diaqonallı ekrana malik cihazlar istehlak tipinə aiddir. Belə aparatların sahibləri sənədləri ödənişsiz redaktə edə və baxa biləcəklər. Proqram nəhənginin top-meneceri bildirib ki, peşəkar istifadəçilər üçün etibarlı və təhlükəsiz iş lazımdır ki, bu da ödənişli mobil tətbiqlərdə mümkündür.
 
Keniqsbauer bildirib ki, şirkət öz məhsullarından istifadəni təhlil edərək  aydınlaşdırıb ki, “iOS” platforması ilə işləyən qurğular üçün “Office” yükləmələrinin sayı 80 milyona çatıb. “Microsoft” sənədlərlə işləmək üçün nəzərdə tutulmuş öz məhsulunu maksimal dərəcədə populyarlaşdırmağa çalışır və bundan ötrü onun ödənişsiz versiyalarını buraxıb.
 
Emil Hüseynov




30/03/15    Çap et