Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “Internet Explorer”in varisini təqdim edib


“Microsoft” şirkəti “Project Spartan” proqramı çərçivəsində hazırlanan yeni brauzerin ilkin versiyasını buraxıb. Bu məhsul “Internet Explorer” (“IE”) brauzerini əvəz edəcək, yeni brauzerin yekun adı hələ məlum deyil.


"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Project Spartan” proqramı “Windows 10” əməliyyat sisteminin (ƏS) sınaq versiyasının tərkibinə daxil edilib. Hazırda brauzerdə daha əvvəl elan edilmiş bir sıra funksiyalar yoxdur, ancaq yeni funksiyaların əksəriyyətini artıq sınaqdan keçirmək olar.

“Project Spartan” proqramının əsas özəlliklərindən biri “Cortana” səs köməkçisi ilə daxili inteqrasiya edilməsidir. Hazırda sonuncu xidmət yalnız ABŞ sakinlərinə əlçatandır.
“Project Spartan” “Internet Explorer” brauzerinin varisidir.

Emil Hüseynov




01/04/15    Çap et