Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya şirkəti plazma TV zavodlarını satacaq


Yaponiyanın “Panasonic” şirkəti əvvəllər plazma televizorların buraxıldığı Amaqasaki şəhərində yerləşən zavodlarını satışa çıxarmağı planlaşdırır.
 
Potensial alıcılardan biri kimi "Zuiko” sanitar-gigiyena avadanlığı istehsalçısı çıxış edir. Şirkət nümayəndələrinin sözlərinə görə, satışla bağlı aparılan danışıqlar hələ ki tam başa çatmayıb.
 
İstehsal kompleksi iki ayrıca zavoddan ibarətdir. Onlardan biri “Zuiko” şirkəti tərəfindən satın alınacaq, digəri "Zuiko” və “Kansai Electric Power” şirkətləri ilə birlikdə istifadə olunacaq.
 
“Kansai Electric Power” şirkəti Yaponiyada elektroenergetika ilə məşğul olur və 164 elektrik stansiyanın, o cümlədən atom elektrik stansiyasının idarəçiliyini həyata keçirir, - "IT-Weeklyyazır.  
 




07/04/15    Çap et