Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin şəbəkədə senzuranın tətbiqi üçün texnologiya yaradıb


Çin hakimiyyəti yeni kibersilah yaradıb. Kanadada yerləşən Toronto Universitetinin nəzdində “Citizen Lab” tədqiqat laboratoriyasının nümayəndəsi bildirib ki, "Böyük Çin fayrvolu" (“Great Firewall”) müdafiə vasitəsi olduğu halda, yeni alət hücum vasitəsidir.

Analitiklər yeni sistemi "Böyük Çin topu" (“Great Cannon”) adlandırıblar.

"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, "Böyük Çin topu" Çinin “Baidu” axtarış sisteminin serverlərinə gedən trafiki ələ keçirərək cavab trafikində zərərli “JavaScript” skriptlərini göndərir.

Tədqiqatçılar bildirib ki, “Baidu” axtarış sisteminə göndərilən sorğunun hansı ölkədən olmasının əhəmiyyəti yoxdur. Bu sorğu müəyyən meyarlara cavab verirsə, “Great Cannon” əks trafik kimi zərərli skript tətbiq edir.
Yeni sistem trafikin tərkibinin yoxlanılması üçün nəzərdə tutulmayıb, bu funksiyanı "Böyük Çin fayrvolu" yerinə yetirir.

Emil Hüseynov




13/04/15    Çap et