Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Reuters”: “Facebook” şəbəkəsinin 2011-ci ilin ilk yarımilliyi ərzində qazancı 1,6 milyard dollar təşkil edib


“Reuters” agentliyinin məlumatına əsasən, “Facebook” sosial şəbəkəsinin 2011-ci ilin ilk yarımilliyi ərzində qazancı 1,6 milyard dollar olub.

“Facebook”un xalis gəliri cari ilin ilk 6 ayı ərzində təxminən 500 milyon dollar təşkil edib.

Məlumatlar “Facebook”da anonim mənbədən alınıb. Sosial şəbəkə hal-hazırda şəxsi şirkətdir və öz maliyyə nəticələrini açıq şəkildə elan etmir.

Ekspertlər bildirirlər ki, bu nəticə ondan xəbər verir ki, “Facebook” stabil olaraq reklam həcmlərini artırmağa davam edir və həmçinin internet trafikin həcmini artırır.

Treyderlər “Facebook”un bazar kapitallaşdırmasını təxminən 80 milyard dollar qiymətləndirirlər. “Facebook” istifadəçilərinin ümumi bazası hal-hazırda 750 milyon insanı ötür.




08/09/11    Çap et