Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tərtibatçılar hansı proqramlaşdırma dilinə üstünlük verir?


“Stackoverflow” resursu tərəfindən keçirilmiş sorğuya əsasən, “Swift” proqramlaşdırma dili tərtibatçıların sevimlisidir.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Stackoverflow” saytında keçirilmiş sorğunun nəticəsinə əsasən, respondentlərin böyük əksəriyyəti “Apple”ın proqramlaşdırma dilinə üstünlük verir. Rəyi soruşulmuşların 77,6 faizi ona səs verib. 75,6 faiz göstəriciyə malik “C++” proqramlaşdırma dili ikinci, “Rust” (73,8 faiz) isə üçüncü pilləni tutub.
 
“Apple” şirkəti “Swift”i “iOS” və “OS X” platformaları üçün güclü proqramlaşdırma dili kimi təqdim edir.
 
Emil Hüseynov
 




14/04/15    Çap et