Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hesab.az”-da bu gün ödəniş edənlər 4 qat bonus əldə edir


Yalnız bu gün “Hesab.az” onlayn xidmətlər portalı 4 yaşı münasibətilə bütün ödənişlər zamanı istifadəçilərə 4 qat bonus hədiyyə edir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu gün “Hesab.az” portalı 4 yaşını qeyd edir. Bu müddət ərzində portal istifadəçilərinin sayı 162 mini, ümumi ödəniş həcmi isə 113 milyon manatı ötüb. Hər gün portal vasitəsilə təqribən 350 min AZN-dən çox ödəniş həyata keçirilir.

Bu il də “Hesab.az” üçün bir çox yeniliklərlə yadda qalıb. Belə ki, “Yapı Kredi Bank Azərbaycan”, “Rabitəbank”, “Muğanbank”, “Expressbank”, “Dəmirbank”, “Park Cinema” və digər şirkətlər portala qoşulub.

Bununla yanaşı, portala kartların yaddaşda saxlanılması funksiyası əlavə edilib. PCİ DSS sertifikatı vasitəsilə ödənişlər daha təhlükəsiz olub,  2 Addımlı Doğrulama funksiyası əlavə olunub.
 
CAHANGİR




14/04/15    Çap et