Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hansı mobil messencer daha populyardır?


 "WhatsApp" xidmətinin təsisçisi Yan Koum "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, messencerinin istifadəçilərinin sayı 800 milyonu ötüb.
 
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, 2013-cü ilin ortalarında təxminən 200 milyon insan sözügedən messencerdən istifadə edib, 2014-cü ilin aprelində bu göstərici 500 milyona çatıb, avqustda 600 milyon təşkil edib, 2015-ci ilin yanvarında 700 milyonu ötüb.
 
1 dollar məbləğində illik abunə ödənişinə baxmayaraq, "WhatsApp"ın rəqibləri "WeChat", "Line" messencerlərindən daha populyardırlar.
Alternativ "Viber" və "Tango" tətbiqlərindən təxminən 200 milyon insan istifadə edir.
 
Rusiya, Braziliya, Hindistan, Meksikada nəzərəçarpacaq artım qeydə alınıb. İspaniyada smartfon sahiblərinin 90 faizi "WhatsApp" messencerindən istifadə edir.
 
"WhatsApp" istifadəçiləri gündəlik 30 milyarddan çox mesaj göndərirlər. Bu o deməkdir ki, xidmət hər saniyə təxminən 350 min mesaj emal edir.
 
Emil Hüseynov




20/04/15    Çap et