Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WordPress” ən populyar sayt idarəetmə sistemi olaraq qalır


“iTrack” şirkəti bazarda olan tələbata əsasən sayt idarəetmə sistemlərinin reytinqini nəşr edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “WordPress” bazarda iştirakını artırmaqda davam edir.
 
Belə ki, araşdırmalar nəticəsində məlum olub ki, müxtəlif Kontent idarəetmə sistemləri (CMS) onlayn meydançaların 22,6%-də quraşdırılıb, onların arasında ən populyarı və reytinqdə birinci yeri tutan “WordPress” olub.
 
Bu sistemin bazar payı 31,1% (+0,6%) təşkil edib.
 
 İkinci yerdə 24,4% (-1,2%) bazar payı ilə “Joomla” qərarlaşıb, üçüncü yeri isə cəmi 8,2% bazar payı ilə “1С-Bitriks” kommersiya həlli tutub.
 
Ödənişli tirajlı CMS-lərin ümumi payı 13,2% təşkil edib.
 
Aynur Vəliyeva
 




20/04/15    Çap et