Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” xəbərlərini və statuslarını “WhatsApp” mesajlarına çevirmək mümkün olacaq


Dünyanın ən populyar sosial şəbəkəsi "Facebook" artıq  "WhatsApp" servisini şəbəkəsinə birləşdirəcək.

"ICTnews" xəbər xidmətinin "www.novoteka.ru" saytına istinadən verdiyi məlumata əsasən, "WhatsApp"ı müstəqil platforma olaraq saxlamağa söz verməsinə baxmayaraq, "Facebook" servisi sosial şəbəkəsinə inteqrasiya etmək qərarına gəlib.
 
İstifadəçilərin artıq "like" düyməsinin yanında yerləşəcək "göndər" düyməsi vasitəsi ilə "Facebook" xəbərlərini və statuslarını "WhatsApp" mesajlarına çevirmək imkanının yaradılması nəzərdə tutulub. Hazırda bu funksiya beta-testləşmə mərhələsindədir.
 
Aynur Vəliyeva




20/04/15    Çap et