Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

On ildən sonra “Əşyaların interneti” bazarının həcmi 8 trilyon dollara çatacaq


“Əşyaların interneti” bazarı 2025-ci ilədək hazırkı qlobal elektron ticarətin həcmini bir neçə dəfə üstələyəcək. 
 
Məişət texnikasının smartfonlar vasitəsilə idarə edilməsi, eləcə də soyuducunun çatışmayan ərzaqları özünün sifariş etməsi imkanı 10 ildən sonra hazırda internetdə alış-veriş kimi sadə olacaq.
 
Bildirilir ki, “Əşyaların interneti” bazarının həcmi 8 trilyon dollara çatacaq və dünyada çatdırılma, daşınma və yüklərin anbarlama xidmətlərinin sürətli inkişafına zəmin yaradacaq. “Əşyaların interneti”dən avtomatik sifarişlər axınını təmin edən logistika şirkətləri 1,9 trilyon dollar qazanc əldə edəcək.  
 
Bundan başqa, “Əşyaların interneti” bilavasitə logistika sahəsinə tətbiq edilə bilər ki, bu da yükdaşıma xidmətlərini daha da yaxşılaşdırmağa imkan verər.  
 
Artıq 2020-ci ildə dünyada internetə qoşulan qurğuların sayı 50 milyard təşkil edəcək, - "Payspacemagazine” yazır.




21/04/15    Çap et