Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir bank “Hesab.az” portalına qoşulub


“Hesab.az” onlayn xidmətlər portalına qoşulan bankların siyahısına yenisi əlavə olunub.
 
 
“ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, bu gündən etibarən “Kapital Bank”-a olan nağd pul və istehlak kreditləri, “Kapitalkart” taksit kartı və təcili kredit xətti üzrə kredit borcunu “Hesab.az” vasitəsilə onlayn ödəmək imkanı yaradılıb.
 
 
Müştərilər mayın 22-ə qədər “Kapital Bank” borcunu portalda ödədikdə 1 deyil, 3 qat bonus qazanacaqlar.
 
 
Məbləğindən asılı olmayaraq borcu ödədikdə 1 AZN komissiya haqqı tutulur.
 
 
CAHANGİR
 




22/04/15    Çap et