Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hüquq müdafiəçiləri Avropada fərdi məlumatların mühafizəsindən narahatdır


Müxtəlif ölkələri təmsil edən 60-dan çox hüquq müdafiəçisi Avropa Komissiyasına fərdi məlumatların mühafizəsinə dair Avropa İttifaqı Nazirlər Şurası tərəfindən qanunvericilikdə islahatların aparılması ilə bağlı hazırlanan təklifi qəbul etməmək xahişi ilə müraciət edib.

Hazırda Aİ-də qüvvədə olan qaydalar 1995-ci il direktivinə əsaslanır və köhnəlmiş hesab olunur, lakin hüquq müdafiəçilərinin fikrincə, şuranın təklifi onları daha da sərtləşdirəcək.

Bundan başqa, Avropa qanunvericiliyində dəyişikliklər Aİ-yə daxil olmayan ölkələrdə də məlumatların mühafizəsi ilə bağlı qanunlara təsir edə bilər.
 
Martda internetdə Aİ Nazirlər Şurasının Avropa Komissiyası tərəfindən hazırlanan və Avropa Parlamentinin qəbul etdiyi layihəyə dəyişikliklərin edilməsi ilə bağlı təklifləri dərc edilib. Şura şirkətlərə qanuni əsaslar olduğu halda vətəndaşların icazəsi olmadan fərdi məlumatları toplamağa icazə verməyi təklif edir. Hüquq müdafiəçiləri hesab edirlər ki, bu, Aİ-nin insan hüquqlarına dair xartiyasını pozur.  
 
Nazirlər Şurası artıq fərdi məlumatların mühafizəsi məsələləri ilə bağlı beynəlxalq mübahisələrin həll edilməsi üçün yeni qaydalar üzrə təklifləri bəyənib. Lakin hüquq müdafiəçiləri yeni qaydaların bürokratik olduğunu bildirərək şuranın təklifinin fundamental məlumat mühafizəsi prinsiplərini pozmasını qeyd edirlər, - "Computerworld” yazır.




23/04/15    Çap et