Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalında yeni elektron xidmət istifadəyə verilib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Elektron hökumət” portalı üzərindən daha bir elektron xidmətin göstərilməsinə başlayıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, komissiyanın “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” xidməti portala inteqrasiya edilib.
 
Sözügedən e-xidmət vasitəsilə vətəndaşın oxuduğu təhsil müəssisəsi və ixtisas məlumatları üzrə elektron arayış formalaşdırılır.
 
Beləliklə, TQDK-nın “Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərin sayı 15-ə çatıb.
 
CAHANGİR
 
 
 
 




23/04/15    Çap et