Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Silikon Vadisinin investorları Azərbaycanın İKT sahəsinə maraq göstərirlər


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dünyanın ən nəhəng texnoloji mərkəzi hesab edilən ABŞ-ın Silikon Vadisində yerləşən biznes-inkubator - Qlobal Vençur Alyansının (GVA) prezidenti Məhəmməd Musayev  və “Global Catalyst Partners” (GCP) şirkətinin sədri və həmtəsisçisi, vençur kapitalı sərmayədarı Kamran Elahian ilə görüşüb.
 
Görüşdə qeyd edilib ki, Alyansın missiyası informasiya texnologiyalarının səmərəli tətbiqi ilə insanların həyatının daha da yaxşılaşdırılması, startapların aşkarlanması və inkişafına dəstək verilməsidir.
 
ABŞ, Yaponiya, Çin, Hindistan, İsrail kimi ölkələrdə iqtisadi inkişafın təmin edilməsinə yönələn müxtəlif innovativ ideya və layihələrin gerçəkləşməsinə dəstək verdiklərini bildirən K.Elahian bu baxımdan Azərbaycanın da maraq doğurduğunu, həmçinin ölkəmizə sərmayə qoymaq niyyətində olduqlarını bildirib.
 
 
Görüşdə investorlar tərəfindən irəli sürülən təkliflərin müvafiq qurumlarla müzakirələrdən sonra dəyərləndirilməsi qərara alınıb.
 
 
 




25/04/15    Çap et