Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şamaxıda sosial şəbəkələr və internetin əhəmiyyətinə dair mühazirə təşkil olunub


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Şamaxıda sosial şəbəkələr və internetin əhəmiyyəti ilə bağlı mühazirə keçirilib.
 
 
Fonddan verilən məlumata görə, Azərbaycan Texniki Universitetin dosenti Şahnaz Şahbazova Şamaxı rayon 6 saylı tam orta məktəbdə müəllim və şagird kollektivinə "Sosial şəbəkələr və internetin əhəmiyyəti" mövzusunda mühazirə deyib. 
 
 
Mühazirədən sonrakı görüşdə alim bir qrup müəllimlə söhbət aparıb, səmərəli metodiki tövsiyələr verib və onları maraqlandıran sualları cavablandırıb.
 
 
CAHANGİR



 




27/04/15    Çap et