Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry” qurğularında “WhatsApp” üzərindən səsli zənglər əlçatan oldu


“WhatsApp” messencerinin tərtibatçıları onun müxtəlif mobil platformalarda funksionallığını genişləndirməyə davam edirlər.

Bu yaxınlarda sözügedən messencerin köməyi ilə “Android” qurğularda zəng etmək imkanını istifadəyə verib, daha sonra “iOS” mobil platforması üçün tətbiqə “VoIP” dəstəyi əlavə edilib və indi “BlackBerry” qurğularının sahibləri üçün rəsmən ödənişsiz səsli zənglər əlçatan olub.

Beləliklə, yalnız “Windows Phone” mobil platformasında “WhatsApp” səsli zəng funksiyası əlçatan deyil.

"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, son məlumatlara görə, “Facebook” sosial şəbəkəsinə məxsus “WhatsApp” messencerinin aylıq auditoriyası 800 milyon aktiv abunəçini ötüb.


Emil Hüseynov




27/04/15    Çap et