Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

YTTM-də fləş-yaddaş elementlərinin hazırlanması üçün maqnit karbon nanoborular alınıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində A-CVD metodu ilə daxilində çoxlu Fe-dəmir atomları olan karbon nanoborular alınıb.
 
Mərkəzdən verilən məlumata görə, sözügedən karbon nanoborular da çox güclü ferromaqnit xassələri kəsb edirlər. Qeyd edək ki, bu tip maqnit materiallar mikro və nanoelektronikada xüsusi əhəmiyyət kəsb edirlər. Əsas perspektiv isə bu tip maqnit karbon nanoborulardan fləş-yaddaş elementləri hazırlana bilər ki, bunlar da vahid sahədə tutumu on dəfələrlə artıra biləcəkdir.



 



Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində, həmçinin, karbon nanoborular əsasında istilik keçirici suda və orqanik mayelərdə, antifriz  suspenziyalar (qatışıq) alınıb. Bu alınan karbon nanoboru əsaslı suspenziyalar avtomobil mühərriklərinin soyudulmasında və bu tipli digər mühərriklərin soyudulmasında istifadə perspektivliklərinə malikdirlər.
 
LED əsaslı daxili işıqlanma üçün nəzərdə tutulan nanophosphor nümunələr daha səmərəli və yeni texnologiya olan kombuşn metodu ilə alınıb ki, bunların da rəng temperaturu (~4000K) və rəng ötürmə indeksi (~80) təyin edilib. Bu isə mavi rəngli LED çiplərlə həyəcanlanaraq daxili işıqlanmada istifadə oluna bilən ən yüksək göstəricilərə malikdir və əlavə ikinci tip qırmızı rəngli fosfor material tələb etmir.
 

SEYMUR





29/04/15    Çap et