Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Satya Nadella şirkətinin əsas hədəflərini açıqlayıb


"Microsoft"un baş direktoru Satya Nadella "Build 2015" tərtibatçılar konfransının açılışında şirkətin üç əsas hədəfini açıqlayıb.
 
"Biz "ağıllı" "bulud" xidməti yaratmaq istəyirik" – top-menecer deyib. Bundan başqa, Satya Nadella şirkətin prioritetləri arasında "məhsuldar iş proseslərinin köklü dəyişikliyi" və "kompüterlə daha fərdiləşdirilmiş qarşılıqlı əlaqə"ni qeyd edib.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Microsoft" korporasiyasının direktoru xatırladıb ki, şirkət 40 il əvvəl Bill Qeyts və Pol Allen tərəfindən təsis edilib.
 
 "Bu 40 ildə çox dəyişiklik olub. Dəyişməz odur ki, biz, hər şeydən əvvəl, tərtibatçılar üçün və platformalar hazırlayan şirkətik. Biz sizin yaratdığınız proqramlardan ilham almaq istəyirik" – Nadella vurğulayıb.
 
Emil Hüseynov
 
 
 
 




30/04/15    Çap et