Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry” mobil qurğular bazarında keçmiş məşhurluğunu bərpa etməyə hazırlaşır


“BlackBerry” şirkəti mobil qurğular bazarında keçmiş məşhurluğunu bərpa etmək məqsədi ilə yeni smartfon modeli üzərində işləyir.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkətin cəmi bir neçə il bundan öncə istehsal etdiyi smartfonların əsas üstünlüyü, istifadəçilər tərəfindən ən çox bəyənilən klaviaturasının uğurlu konstruksiyası olub. Kiçik ölçülərinə baxmayaraq bu smartfonların klaviaturası istifadədə çox rahat idi.
 
“BlackBerry”nin hazırkı rəhbəri Jon Çenin sözlərinə əsasən, şirkət “yeni və mühüm” icad üzərində işləyir. “Bu icad bizə bazarda keçmiş  nüfuzumuzu bərpa etməyə imkan verəcək”, - deyə Jon Çen qeyd edib.
 
Aynur Vəliyeva




30/04/15    Çap et