Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyənin daha bir kanalı “Azerspace-1” peyki üzərindən yayımlanacaq


Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və “Doktor” TV kanalı arasında kanalın yayımına dair müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Türkiyənin sağlamlıq haqqında olan ilk kanalı “Doktor” TV, artıq  “Azerspace-1”  peyki üzərindən yayıma keçəcək. Qeyd edək ki, kanalda əsasən insan sağlamlığı  mövzusunda olan verilişlər nümayiş olunur. 
 
Azərbaycan efir məkanında sağlamlıq haqqında yayımlanacaq ilk tematik kanal  olan “Doktor” TV kanalı 1 may 2015-ci il tarixindən 11015/H/30000 tezliyi ilə yayımlanır.




01/05/15    Çap et