Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən yığcam kompüteri təqdim olunub


“SolidRun” şirkəti kub formasında “CuBox-i 4x4” kompüterini buraxıb. Məlumata əsasən, bu kompüter dördnüvəli “ARM” prosessor və 4 QB əməli yaddaşla təchiz edilmiş dünyanın ən yığcam qurğusudur.
 
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, yeni qurğu “Cortex A9” arxitekturalı 1-1.2 QHs takt tezlikli “Freescale i.MX6” çipi ilə təchiz olunub. “Vivante GC2000” kontrolleri qrafikanı emal edir.
 
Qurğu “Gigabit Ethernet” şəbəkə kontrolleri, “microSD” yaddaş kartı üçün slot, “USB” və “Micro-USB” portları, televizora qoşmaq üçün “HDMI” interfeysi, idarəedici komandaların qəbulu üçün “S/PDIF” çıxışı və infraqırmızı resiverlə təchiz olunub. Bundan başqa, “802.11n” dəstəkli “Wi-Fi” və “Bluetooth 4.0” simsiz rabitə kontrollerləri quraşdırılıb.
 
“CuBox-i 4x4” kompüterinin fiziki ölçüləri 5 × 5 × 5 sm təşkil edir və ona “Android 4.4 KitKat” mobil əməliyyat sistemi quraşdırılıb.
 
Bu yığcam kompüterin dəyəri 170 ABŞ dolları təşkil edir.
 
Emil Hüseynov
 




04/05/15    Çap et