Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa “Microsoft” korporasiyasına “yox” dedi


"BBC" məlumat verir ki, "Microsoft" korporasiyası "Skype" brendini Avropada qeydiyyatdan keçirə bilməz, çünki bu xidmətin loqosu və fonetik səslənməsi Britaniyanın "Sky" televiziya konserninin adı ilə çox oxşardır.


"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, Avropa sakinləri arasında keçirilmiş sorğuya əsasən, onlar çox vaxt "Skype" və "Sky" adlarını bir brend kimi qəbul edirlər.

"Biz əminik ki, bu brend və xidmətlər arasında heç bir qarışıqlıq yoxdur və biz Avropa Məhkəməsinin qərarından şikayət verəcəyik" – proqram nəhənginin bəyanatında deyilir.

Bu halda Redmond nəhəngi ticarət markasını rebrendinq etmək məcburiyyətində olmayacaq, çünki məhkəmə yalnız brendin qeydiyyatından imtina edib.

Xatırladaq ki, 2014-cü ilin əvvəlində "Microsoft" korporasiyası "SkyDrive" "bulud" xidmətinin adını dəyişdirərək "OneDrive" adlandırıb, çünki "Sky" şirkətinin eyni adda şəxsi xidməti mövcuddur.


Emil Hüseynov




06/05/15    Çap et