Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Birləşmiş Ərəb Əmirliklərində günəş enerjisi ilə təmin edilən hotel açılacaq


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 2017-ci ilin birinci yarısında günəş batareyalarından hasil olunan elektrik enerjisi ilə tam təmin ediləcək dünyanın ilk hoteli açılacaq.

Bu barədə "InterContinental Hotels Group" (IHG) şirkətlər qrupunun məlumatında deyilir. "IHG"-nin tərkibinə daxil olan 170 otaqlı "Indigo" mehmanxanasında həmçinin çirkab suları və tullantılar emal ediləcək.
 
Hotelin Dubayın maksimum ekoloji təmiz yeni yaşayış yerlərindən birində inşası nəzərdə tutulur.
 
İnşaatçı şirkətin icraçı direktoru Faris Səid bildirib ki, hotel şəhərin elektrik şəbəkəsinə qoşulacaq. Bununla hasil olunan enerjinin artığını kənar istehlakçılara satmaq mümkün olacaq. Direktorun sözlərinə görə, bu, elektrik enerjisinin qiymətini təxminən 25-30 faiz azaltmağa imkan verəcək.
 
"IHG" şirkətlər qrupuna BƏƏ-də 18 hotel məxsusdur, yaxın beş ildə ölkədə şirkətin daha 10 mehmanxanasının açılması planlaşdırılır, - "Lenta" yazır.




06/05/15    Çap et