Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mədəniyyət və Turizm Nazirliyi “Elektron hökumət” portalına qoşuldu


“Elektron hökumət” portalına qoşulan dövlət qurumlarının sayında artım olub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi “Elektron hökumət” portalına qoşulub.
 
Nazirliyin ilk elektron xidməti portala inteqrasiya olunub.
 
Belə ki, artıq portal üzərindən Azərbaycanın ilk mükəmməl elektron xəritəsi olan “GoMap”-dan istifadə etmək olacaq.
 
Bu, ümumilikdə “Elektron hökumət” portalına əlavə edilən 419-cu elektron xidmət olub.
 
CAHANGİR
 




07/05/15    Çap et