Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Əşyaların interneti” konsepsiyasının reallaşdırılması üçün prosessor nümayiş etdirilib


Cənubi Koreyanın “Samsung” şirkəti növbəti həftə gələcəkdə bütün istehlak elektronikasının internetə çıxışını nəzərdə tutan “Əşyaların interneti” konsepsiyasını reallaşdırmaqda yardımçı olacaq prosessorlarını təqdim edəcək. “CNET” nəşrinə məlum olduğu kimi, “Artik” adlı yeni proqram platforması San-Fransiskoda elan ediləcək.
 
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Samsung” şirkətinin qısa elanına əsasən, "Əşyaların interneti” üçün əsas innovasiyanı şirkətin prezidenti Yanq Son mayın 12-də nümayiş etdirəcək. Nəşrin mənbələrinin məlumatına görə, yeni həll bir çox ev elektronikasını əhatə edəcək. Bu halda başqa istehsalçılar da “Artik” platformasından istifadə edə bilər.
 
 
Xatırladaq ki, Koreya firması ötən ildən “Əşyaların interneti” texnologiyasına aktiv maraq göstərir.
 
Emil Hüseynov




08/05/15    Çap et