Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” bəzi ölkələrdə proqram tərtibatçılarına internetə pulsuz çıxış təqdim edəcək


Dünyanın ən məşhur sosial şəbəkəsi “Facebook” proqram tərtibatçılarına internetə pulsuz çıxış təqdim edəcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu imkan “İnternet.org” platformasının inkişafı layihəsi çərçivəsində təklif olunur və tərtibatçılara pulsuz internet HTTPS şifrləmə dəstəyi olmadan təqdim ediləcək. 

Bu xidmət Hindistan, Zambiya, Kolumbiya, Tanzaniya, Keniya, Qana, İndoneziya və Filippindən olan istifadəçilər üçün nəzərdə tutulub.
 
Aynur Vəliyeva
 




12/05/15    Çap et