Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dilmanc Translator” indiyədək 100 min dəfədən çox köçürülüb


"Dilmanc Translator" - pulsuz mobil tərcüməçi proqramı Azərbaycanda ən populyar mobil proqram təminatına çevrilib.
 
"Dilmanc"dan verilən məlumata görə, proqram 1 ildən az müddətə 100 min dəfədən artıq köçürülüb.
 
Onu da qeyd edək ki, nitqi yazıya çevirərək klaviaturada mətn yığmağa sərf edilən vaxta dəfələrlə qənaət edən "Dilmanc İmla" proqramı da istifadəçilər arasında çox populyardır.
 
CAHANGİR




13/05/15    Çap et