Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ultra HD Blu-ray” standartının yekun spesifikasiyası qəbul edilib
İnternet üzərindən videoməzmuna giriş imkanı yaradan xidmətlərin sürətli inkişafına baxmayaraq, hələ də “Blu-ray” kimi optik daşıyıcılardan istifadə edilir.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, cari ilin yanvarında “Blu-ray disc Association” (“BDA”) assosiasiyası “Ultra HD Blu-ray” adlanan yeni optik disk formatının hazırlanmasını elan edib. İndi isə assosiasiya standartın yekun spesifikasiyasını təsdiqləyib və loqosunu təqdim edib.
Yeni spesifikasiyaya 3840x2160 piksel təsvir ölçüsü və 60 Hs-dək kadr tezliyindən başqa genişləndirilmiş rəng sahəsi və “HDR” dəstəyi, həmçinin yeni çoxkanallı səs formatları əlavə edilib.
Emil Hüseynov
14/05/15 Çap et