Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya iqtisadiyyatının 2019-cu ilədək kibercinayətkarlıqdan ümumi itkiləri 2,1 trilyon dollar olacaq


“Juniper Research” şirkətinin tədqiqatına görə, kiberhücumlar hazırkı səviyyədə qalmaqla 2019-cu ilədək dünya iqtisadiyyatının onların həyata keçirilməsindən ümumi itkiləri 2,1 trilyon dollar təşkil edəcək.   
 
Tədqiqatın yekunları üzrə mütəxəssislər qərara gəliblər ki, şirkətlərin hesabat dövründə kiberhücumlardan itkiləri dörd dəfə artıb. Bundan başqa, əksər biznes müəssisələri tərəfindən məlumatların “bulud” saxlancı xidmətlərinə köçürülməsi tendensiyası yaranıb.
 
Tədqiqatın nəticələri göstərir ki, şirkət əməkdaşlarına istehlak sinfindən olan qurğulardan işgüzar vəzifələri yerinə yetirmək üçün istifadəyə icazənin verilməsi və korporativ informasiyanın rəqəmlənməsi kommersiya təşkilatlarının gəlirlərinin artmasının başlıca şərtidir.
 
“EMC World 2015” konfransında çıxış edən bir sıra böyük şirkətlərin, o cümlədən "Xerox” və “NBCUniversal” nümayəndələri rəqəmlənmə prosesinin informasiya texnologiyalarının (İT) inkişaf strategiyasında həyati əhəmiyyətə malik addım olmasını vurğulayıblar.  
 
Şirkət analitiki Ceyms Moar qeyd edib ki, kiberhücumların ümumi sayının artmasına baxmayaraq onların çoxu mobil telefonlara və ya “Əşyaların interneti” qurğularına qarşı deyil, fərdi kompüterlərə yönəlib, - "SecurityLab www.securitylab.ru” yazır.




14/05/15    Çap et