Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” ən dəqiq “GPS” naviqasiya şirkətini satın alıb


"MacRumors" nəşri yazır ki, "Apple" korporasiyası "Coherent Navigation" naviqasiya şirkətini satın alıb. Bununla da Tim Kuk "Apple Maps" xəritə xidmətindəki çatışmazlıqları aradan qaldırmağı planlaşdırır.

"Apple"ın öz xəritəsi istifadəyə verilmə mərhələsində o qədər tənqid edilib ki, şirkətin baş direktoru xidmətin işindəki çatışmazlıqlara görə istifadəçilərdən üzr istəyib.
 
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, 2008-ci ildə təsis edilmiş "Coherent Navigation" şirkəti aparat və proqram naviqasiya təminatının hazırlanması ilə məşğuldur.
 
Emil Hüseynov




18/05/15    Çap et