Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər: Məşq zamanı smartfondan istifadə sağlamlığa zərərdir


Alimlər belə nəticəyə gəlib ki, məşq prosesində smartfonlardan istifadə yalnız orqanizmin funksionallığına mənfi təsir göstərmir, həm də bəzi xəstəliklərin yaranması üçün katalizator rolunu oynaya bilər.
 
"ICTnews" elektron xəbər xidməti “tgdaily.ru” saytına istinadən bildirir ki, sınaq zamanı tələbələr qaçış zolağında məşğul olub və eyni zamanda smartfondan istifadə ediblər. Telefonla danışıq zamanı sınaqda iştirak edənlərin tənəffüs sistemində problem müşahidə olunub ki, bu da öz növbəsində oksigen çatışmazlığına görə orqanizmin ürək-damar sistemində pozğunluq əmələ gətirib.
 
 
Qeyd edək ki, məşq zamanı smartfonun mənfi təsiri yalnız danışıq üçün cihazlardan istifadə ilə məhdudlaşmır. Hətta musiqi dinləmək orqanizm üçün oxşar nəticəyə malikdir, buna görə idmanla məşğul olan zaman adi pleyerdən istifadə daha yaxşıdır.
 
Emil Hüseynov
 




18/05/15    Çap et