Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ev telefonlarından smartfonlara sms göndərmək mümkündür – AZƏRBAYCANDA


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  "Aztelekom" İstehsalat Birliyi analoqu olmayan yeni bir xidmət – "171" səsli mesaj xidmətinin tətbiqinə başlayıb. Bu barədə birliyin informasiya texnologiyaları şöbəsinin rəisi Ədalət  Abbasov məlumat verib.
 
Yeniliyin tətbiqi ilə ev telefonlarından mobil telefonlara və əksinə olaraq mobil operatorlardan da ev telefonlarına mesaj göndərmək mümkündür.
 
 "Sadəcə, abunəçi 171 qısa nömrəsinə zəng etməlidir. 171-ə zəng etdikdən sonra abunəçilər operatorun "Siz zəngli mesaj xidmətinə xoş gəldiniz" salamlaması ilə qarşılaşır.  Operatorun təlimatına əsasən, səsli mesaj göndərmək üçün 1, sizə ünvanlanan səsli mesajı dinləmək üçün 2 düyməsindən istifadə etmək lazımdır.  Mesaj göndərmək üçün qayda belədir.  1 düyməsini seçdikdən sonra mesaj göndərəcəyiniz nömrə və dyez düyməsini yığın, siqnal səsindən sonra  sözünüzü deyib və  yenidən  dyez düyməsini aktivləşdirirsiniz. Qarşı tərəf telefonda 171 nömrəsinin yığıb 2 düyməsini seçməklə mesajı dinləyir.

    Ə.Abbasov  daha sonra bildirib ki, yeni xidmətdən bütün mobil operatorlar, CDMA və stasionar telefon abunəçiləri istifadə edə bilər. Xidmətin ən böyük özəlliklərindən biri mobil operatorlarda da zəng etməklə bu xidmətə qoşulmaqdır. Yəni mobil operatorlardan ev telefonlarına və ev telefonlarından mobil operatorlara zəng etməklə xidmətdən istifadə etmək olar. Eyni zamanda mobil nömrə abunəçiləri də 171 yığmaqla bu xidmətdən istifadə edə bilər.

    Elektron sistem sayəsində göndərilən səsli mesajları sonradan dinləmək mümkündür. "Abunəçi evdə olmadıqda sonradan telefonuna gələn mesajları ardıcıl dinləyərək onu kimin axtardığını öyrənə bilər".
 
Qeyd edək ki, bir səsli mesajın qiyməti 5 qəpikdir.
 
RƏVAN
 




18/05/15    Çap et