Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İcazələrin elektron informasiya portalının xidmətlərindən istifadə edənlərin növbəti statistikası açıqlanıb


Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış “www.icazeler.gov.az”  portalının xidmətlərindən aprel ayında 8 minə yaxın, indiyədək isə 360 minə yaxın internet istifadəçisi yararlanıb.

 
Nazirlikdən verilən məlumata görə, apreldə portala yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Almaniya, Rusiya, Hindistan, Çin, Ukrayna və Türkiyədən olan istifadəçilər də müraciət ediblər.
 
 
 
Xatırladaq ki, portal icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılıb.
 

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 20 dövlət qurumunun 154 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.
 
CAHANGİR

 




19/05/15    Çap et