Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” düşdüyü ziyanın heyfini əməkdaşlarından çıxır


“LG” şirkəti Cənubi Koreyadan kənarda yerləşən öz mobil bölməsinin əməkdaşlarının sayını 30% azaltmağı planlaşdırır. Bu tədbir xərclərin azaldılması proqramının bir hissəsidir.

“LG” şirkətinin dünyada ən böyük telefon istehsalçılarından biri olmasına baxmayaraq, onun mobil bölməsi ardıcıl 5 rübdür ki zərərə məruz qalır.

Son rübdə, zərərin dəyəri 52,5 milyon təşkil edib. Bununla belə “LG” şirkəti bu informasiyanı hələ ki rəsmən təsdiq etməyib.




09/09/11    Çap et