Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ hakimiyyəti kütləvi izləməyə son qoymaq üçün nəzərdə tutulmuş qanunu dəstəkləməyib


ABŞ senatı kütləvi izləməyə son qoymaq üçün nəzərdə tutulmuş "Azadlıq" (“Freedom Act”) haqda qanun layihəsini dəstəkləməyib. Qanun 57 senator tərəfindən dəstəklənib, 42 senator onun əleyhinə səs verib. Qanun layihəsinin qəbulu üçün üç səs çatmayıb.

Ötən həftə qanun layihəsinin mətni ABŞ Konqresinin aşağı palatası – Nümayəndələr Palatasının böyük  səs çoxluğu ilə qəbul edilib.
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Apple”, “Google”, “Microsoft”, “Facebook”, “Yahoo!”, “Dropbox”, “LinkedIn”, “Evernote”, “Twitter”, “AOL” və “Mozilla” daxil olmaqla ABŞ-ın bütün nəhəng şirkətləri “Azadlıq” haqda qanunun qəbulu üçün çıxış edib. 2015-ci ilin martında onlar Milli Təhlükəsizlik Agentliyinin (MTA) səlahiyyətlərini məhdudlaşdırmaq xahişi ilə ABŞ prezidenti Barak Obama və bir sıra başqa yüksəkvəzifəli məmurlara ünvanlanmış məktuba imza atıblar.
 
Qanun qəbul olunduğu halda telefon zəngləri haqda məlumatlardan rabitə operatorları məsuliyyət daşıyacaqdı. Nəticədə MTA yalnız məhkəmədən icazəsindən sonra telefon zənglərinə giriş əldə edə bilərdi.
 
Emil Hüseynov
 
 




25/05/15    Çap et