Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

9 dollarlıq kompüter


Amerikalı mühəndislər 9 dollar məbləğində yığcam kompüter təqdim edib. Planetin hər bir sakini üçün əlçatan olan bu qurğu standart əməliyyatların (ünsiyyət, oyun, internetdə axtarış, mətn sənədlərinin yaradılması) icrası üçün yararlıdır.

RT telekanalının məlumatına görə, qurğu yalnız ucuz deyil, həm də olduqca yığcamdır. Bununla belə bütün əsas funksiyaları yerinə yetirir. Bu yığcam kompüterin köməkliyi ilə mətn sənədlərini yaratmaq və redaktə etmək, internetdə informasiya axtarmaq, həmçinin sadə oyunlar işə salmaq olar. Kompüterin dəyəri 9 dollar təşkil edir ki, planetin hər bir sakini bu qurğunu satın ala bilər.

"ICTnews" elektron xəbər xidməti “dni.ru” saytına istinadən bildirir ki, bu kompüter “CHIP” adlandırılıb. İstehsalçılar əmin edirlər ki, cihaz 1 QHs takt tezlikli prosessor, 515 MB əməli yaddaş və 4 QB tutumunda sərt disklə təchiz edilib. Həmçinin “Wi-Fi” və “Bluetooth” modulları quraşdırılacaq.

Emil Hüseynov




26/05/15    Çap et