Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkələrdə “like” satışı və saxta abunəçiliklə məşğul olan virus yayılıb


Sosial şəbəkələrə hesablanmış yeni virus aşkarlanıb. Mütəxəssislər hesab edir ki, virusu yaradan şəbəkə sosial şəbəkələrdə müxtəlif əməliyyatlarla bağlı gəlir əldə etməyi düşünür.
 
“ICTnews.az” bildirir ki, bu barədə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
 
 Mərkəzin məlumatında qeyd edilir ki, “Linux” bazasında çalışan şəbəkə qurğularını sıradan çıxaran “Moose” soxulcanı aşkar edilib. “Eset” şirkətinin informasiya təhlükəsizliyi üzrə olan təhqiqatçıları yeni zərərverici “Moose” proqram təminatının sıradan çıxardığı “Linux” bazasında olan müxtəlif tip portativ şəbəkə qurğuları, DSL modemlərdən başlayaraq videomüşahidə sistemlərinədək hətta internetə çıxışı olan bir çox tibbi qurğular haqda aparılmış analizin nəticələrini (PDF) yayımlayıblar. Soxulcanın yayılması “Actiontec”, “Hik Vision”, “Netgear”, “Synology”, “TP-Link”, “ZyXEL” və “Zhone” kimi qurğularda daha aktiv müşahidə olunur. “Moose”un nüfuzetməsinin əsas üsulu isə tipik şifrlərin seçimi ilə baş verib.
 


 
“Sındırılan” qurğular arasında bir şəbəkə formalaşdırılır, hansı ki, saxta sosial şəbəkə akkauntları vasitəsilə bir çox fırıldaqçı əməliyyatları həyata keçirilir. Yaradılan bu şəbəkənin sahibi əslində “Twitter”, “Instagram”, “Vine”, “YouTube”, “Facebook” və “Google+” kimi sosial şəbəkələrdə “like” satışı və saxta abunəçilik istiqamətində qazanc əldə etməyi düşünür.
 


 
“Moose” zərərvericisi həmçinin şəbəkənin skan olunması zamanı aşkar olunan az qorunan qurğulara hücum kimi də istifadə olunur. Soxulcan özünü və özü haqda sistemdə hər hansı bir informasiya saxlamır.
 
 
SEYMUR




27/05/15    Çap et