Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” platforması proqram yükləmələrinin sayına görə “iOS”-u ötəcək


“Ovum” analitik mərkəzi cari ilin sonuna “Android” platforması üçün proqram yükləmələrin ümumi sayının 8,1 milyarda çatacağını gözləyir.

“iOS”-da analoji göstərici yalnız 6 milyarda bərabər olacaq. Beləliklə, 2011-ci ilin nəticəsinə əsasən “Android” platforması ilk dəfə olaraq proqram yükləmələrinin sayına görə öz əsas rəqibini ötə bilər.

Keçən il “iOS” qurğulara ümumilikdə 2,7 milyard proqram quraşdırılıb, “Android” isə 1,4 milyard yükləmə ilə 2010-cu ilə yekun vurdu.

Eyni zamanda analitiklər proqramların qiymət parametri üzrə “Apple” şirkətinin liderliyini proqnozlaşdırırlar: 2016-cı ilədək proqramların satışından əldə olunan gəlir 2,86 milyard dollara çatacaq, “Android”də isə bu göstərici 1,5 milyard dollar səviyyəsində proqnozlaşdırılıb.




09/09/11    Çap et