Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pilotsuz uçuş aparatlarının qlobal satış həcmi 2 dəfə artacaq


“Kleiner Perkins Caufield & Byers” investisiya fondunun tərəfdaşı və internet analitiki Meri Mikerin hesablamasına görə, 2014-cü ildə pilotsuz uçuş aparatlarının (dron) qlobal satış həcmi pul baxımından 750 milyon dollaradək yüksəlib. 2013-cü ildə bu göstərici 250 milyon dollar təşkil edib.
 
"ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, analitikin proqnozuna görə, 2015-ci ildə dronların satış həcmi 1,7 milyard dollar olacaq. Miker bildirib ki, 2015-ci ildə dronların satış həcmi ədədi hesablama üzrə 4.3 milyon təşkil edəcək. 2013-cü ildə dünyada 750 min, 2014-cü ildə 1,5 milyondan çox dron satılıb. Bu halda, Mikerin məlumatına görə, 2014-cü ildə dron satışlarının 35 faizi ABŞ, 30 faizi Avropa, 15 faizi Çinin payına düşüb.
 
Məlumat üçün bildirək ki, dronlar yüksəklikdən çəkiliş üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatıdır.
 
Emil Hüseynov





29/05/15    Çap et