Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “Google Now”ya rəqib servis yaradıb


“Apple” şirkəti çox yaxın zamanda bazara “Google Now” servisinin əsas rəqibi olacaq servis təqdim edəcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Google Now” nitqi emal edən  və suallara cavab verən fərdiləşdirilmiş axtarış xidmətidir.
 
“Apple” şirkətinin “Proactive” adlanan yeni layihəsi bir çox xüsusiyyətinə görə sələfi ilə oxşardı.
 
 “Proactive” servisi  “Siri” şəxsi köməkçisinin dəstəyi ilə telefon dəftəri, təqvim, parol siyahılar və həmçinin kənar tərtibatçıların əlavələrindən toplanan istifadəçi zövqünə uyğun seçilmiş məlumatlar əsasında işləyəcək.
 
Aynur Vəliyeva
 




01/06/15    Çap et